Ankaradakı Heydər Əliyev məktəbinə kitablar hədiyyə edilib

22.04.2025

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Azərbaycan Respublikasının Türkiyə səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Samir Abbasov Ankaranın Yenimahalle rayonunda yerləşən Heydər Əliyev adına orta məktəbinin direktoru Ahmet Sürezli ilə görüşüb. Heydər Əliyev Orta Məktəbində keçirilən müzakirədə ortaq dəyərlərimizin gələcək nəsillərə daha da tanıdılması, Türkiyədə "Bir millət - iki dövlət" şüarının müəllifi, Azərbaycan xalqının Ümummilli Lideri, Türk dünyasının parlaq şəxsiyyəti Heydər Əliyev irsinin daha da tanıdılmasından bəhs etdik. Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı, Azərbaycan-Türkiyə əlaqələrinin qardaşlıq və Türk dünyası səviyyəsinə qaldırılması. Rəsi ilə həmrəylik rolunun təbliği istiqamətində layihələrin həyata keçirilməsi, Ankarada orta məktəblər arasında tariximizə, milli mədəniyyətimizə və ortaq dəyərlərimizə əsaslanan viktorina müsabiqəsi, məktəblilər arasında poeziyamızın görkəmli nümayəndələrinə həsr olunmuş şeir və poeziya gecələrinin təşkili müzakirə olunub
Görüş çərçivəsində Heydər Əliyev adına orta məktəb ziyarət olundu. Azərbaycan Mədəniyyət Mərkəzi məktəbə ana dilimizdə Azərbaycan və Türkiyə türkcəsində təsvir edən nəşrlər təqdim etdi. Nəşrlərdə Azərbaycan dövlətçiliyi, tarixi, Ulu Öndər Heydər Əliyev, milli mədəniyyətimiz və klassik irsimiz haqqında kitablar yer alır
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью