Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Ankara, 7 noyabr, AZƏRTAC
Ankaranın əsas yolları və prospektləri boyunca yerləşən rəqəmsal reklam lövhələrində 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana təbrik mesajları yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyinin təşəbbüsü Türkiyə paytaxtının şəhər bələdiyyəsi tərəfindən dəstəklənib.
Bələdiyyənin reklam lövhələrində bu sözlər yazılıb: “Qardaş Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edirik. Sizin sevinciniz bizim sevincimizdir!”
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara