Ankaradan ayrılan Trampdan gözlənilməz addım VİDEO

09.07.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az-ın xəbərinə görə, o, Ankaraya Qətərin hədiyyə etdiyi yeni “Air Force One” hava gəmisi ilə gəlib, lakin geri qayıdanda gözlənilməz qərar verib.

Birləşmiş Ştatlar lideri Böyük Britaniyadakı köhnə mavi-ağ prezident təyyarəsində uçub.

D.Tramp təyyarəsinin dəyişdirilmə səbəbini sosial media hesabında izah edib. O bildirib ki, Türkiyədən Britaniyaya köhnə hava layneri ilə uçması “köhnə zamanların xatirinə”dir. 
Dövlət başçısı deyib ki, yeni “Air Force One” təyyarəsi Mildenhall hava limanına göndərilib. Məqsəd orada yerləşən ABŞ əsgərlərinin təyyarəni yaxından görmələridir: “Bu, həqiqətən möhtəşəm bir təyyarədir”.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью