Ankaradan dünyaya mesaj... | Icma.az
Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir!
Azərbaycan və Türkiyə arasındakı münasibətlər çox doğru olaraq dostluğun, qardaşlığın zirvə nöqtəsi sayılır.
Bu münasibətlər iki ölkənin ortaq tarixindən, mədəniyyətindən və dilindən qaynaqlanaraq beynəlxalq səviyyədə güclü strateji əməkdaşlığa çevrilib.
Bu gün dünyada elə bir güc yoxdur ki, ölkələrimizin qardaşlıq əlaqələrinə xələl gətirə bilsin.
Əksinə, zaman ötdükcə dövlətlərin qətiyyətli siyasi iradəsi, cəmiyyətlərin istəyi ilə bu birlik daha sarsılmaz olur.
Prezident İlham Əliyevin qardaş ölkəyə növbəti uğurlu işgüzar səfəri və səfər çərçivəsində baş tutan tədbirlərlə Azərbaycan-Türkiyə dostluğu tarixinə daha bir səhifə yazılıb.
Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutub.
Prezidentlər martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimindəki çıxışlarında qarşılıqlı əlaqələrin hazırkı səviyyəsindən məmnunluqlarını bildirməklə yanaşı, ikitərəfli və çoxtərəfli münasibətlərin perspektivləri ilə bağlı fikirlərini bölüşüb, regional və qlobal miqyaslı geosiyasi reallıqlarla üst-üstə düşən baxışlarını diqqətə çatdırıblar.
Tam oxu
Xəbəri oxu