Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
"Türkiyə ilə mübahisəyə səbəb olan məqam Ermənistanın yeni Konstitusiya layihəsindən çıxarılıb".
"AzPolitika" xəbər verir ki, bu barədə Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Ermənistan Konstitusiyasında tarixi dəyişiklik: Türkiyə ilə mübahisə yaradan ifadə ləğv edildi! Dəfələrlə qeyd etdiyim kimi, Nikol Paşinyan təkcə Türkiyə-Ermənistan münasibətlərinin nizamlanması prosesində deyil, həm də bölgədə davamlı sülh və sabitliyin bərqərar olması işində konstruktiv və səmimi tərəfdaşdır", – deyə S.Kılıç vurğulayıb.
Qeyd edək ki, Ermənistanın yeni Konstitusiya layihəsi noyabrın 23-də ictimaiyyətə təqdim olunub.