Ankaradan Rusiya ABŞ danışıqları ilə bağlı açıqlama

29.04.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Rusiya və ABŞ nümayəndə heyəti arasında danışıqların təşkili ilə bağlı Türkiyəyə hələlik müraciət daxil olmayıb.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Ankaradakı diplomatik mənbə bildirib.

“Hələ belə bir məlumatımız yoxdur. Amma danışıqların davam etməsi ehtimalı var”, - o bildirib.

Qeyd edək ki, aprelin 10-da İstanbulda ABŞ və Rusiya diplomatik nümayəndəliklərinin tam fəaliyyətinin qarşılıqlı bərpası üzrə danışıqların ikinci raundu keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью