Ankaradan Rusiyaya xəbərdarlıq Azərbaycanın adı...

07.11.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Türkiyə Rusiyadan aldığı təbii qazın həcmini azaltmaq və daha sərfəli alternativlərə üstünlük vermək niyyətindədir. Bu prosesdə Azərbaycanın Türkiyənin enerji bazarındakı mövqeyi də güclənir.

Musavat.com "Turkiye Today"ə istinadən xəbər verir ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Rusiyadan qaz alışının azalmasının əsas səbəbinin siyasi deyil, iqtisadi amillərlə bağlı olduğunu bildirib.Nazirin sözlərinə görə, Rusiya Türkiyəyə təbii qazı baha qiymətə təklif edir. Bu isə Ankaranı daha ucuz təchizat mənbələri axtarmağa vadar edir.

«Bizim Rusiyadan daha az, ABŞ-dan isə daha çox qaz almağımızın səbəbi son dərəcə sadədir: məsələ siyasətdə deyil, qiymətdədir. Rusiya qazı həddindən artıq bahadır», – deyə Bayraktar bildirib.Bayraktarın sözlərinə görə, yüksək qiymətlər Türkiyəni daha ucuz qaz kanalları və alternativ yanacaq mənbələri axtarmağa məcbur edir. Bununla belə, Ankara Rusiya qazından tamamilə imtina etməyi planlaşdırmır. Nazir bildirib ki, Türkiyənin Rusiya qazına ehtiyacı qalacaq, lakin qiymət fərqi aradan qalxmasa, bu ölkədən idxalın azaldılması tendensiyası davam edə bilər. Pepperoni pizza

Bu açıqlama Türkiyənin yeni «Milli Enerji 2040» strategiyasının təqdimatı fonunda səsləndirilib. Strategiyaya əsasən, ölkənin illik təbii qaz tələbatının 2040-cı ilədək 57 milyard kubmetr səviyyəsində saxlanılması nəzərdə tutulur. Strategiya həyata keçirilməzsə, bu göstəricinin 77 milyard kubmetrə çata biləcəyi bildirilir.

Diqqətçəkən məqam isə Türkiyənin qaz idxalında Azərbaycanın adının önə keçir. Söhbət qardaş ölkəyə qaz ixracında payının artırılmasından gedir. 2006-cı ildə Rusiyanın Türkiyənin qaz idxalındakı payı təxminən 64 faiz olduğu halda, 2025-ci ilin əvvəllərində bu göstərici 37 faizə qədər azalıb. Azərbaycanın payı isə 22 faizə yüksəlib. ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) idxalı da sürətlə artır. Beləliklə, Türkiyənin enerji bazarında yeni təchizat balansı formalaşır. Azərbaycan boru kəmərləri vasitəsilə Türkiyənin etibarlı qaz təchizatçılarından biri kimi mövqeyini möhkəmləndirir. ABŞ isə LNG ixracı hesabına bazardakı iştirakını genişləndirir.

Ankaranın mövqeyi onu göstərir ki, Türkiyə enerji siyasətində əsas prioritetlərdən biri təchizat mənbələrinin şaxələndirilməsi və daha sərfəli qiymətlərlə qaz əldə edilməsidir. Bu siyasət davam edərsə, Azərbaycan qazının Türkiyə bazarındakı strateji əhəmiyyəti daha da arta bilər.

Qeyd edək ki, Türkiyənin Rusiyadan qaz alışını azaltmaq niyyəti Moskva üçün mühüm iqtisadi siqnaldır. Çünki Türkiyə Rusiya qazının əsas alıcılarından biridir. Ankara isə qiymət məsələsində güzəşt əldə etməklə yanaşı, alternativ təchizatçılarla əməkdaşlığını genişləndirmək imkanına malikdir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью