Ankaragücü də seçki: klub prezidenti seçildi

23.10.2025

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin köklü klublarından olan "MKE Ankaragücü" Klubu bu gün növbədənkənar seçki keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, növbədənkənar seçkidə Nuri Muhammet Yaman klubun yeni prezidenti seçilib.

Məlumata gorə, Nuri Muhammet Yaman rəqibi Serkan Ülkerlə yarışdan qalib ayrılıb: "Ona səsvermə hüququ olan nümayəndələrdən 516-sı səs verib"

Məlumata görə, klub prezidenti ilə yanaşı, aşağıdakı şəxslər də İdarə Heyətinin üzvləri seçiliblər: "Mahmut Yılmaz, Mustafa Özəl, Murat Kızıldağ, Mehmet Arpacı, Abdülkadir Tecimer, Ali Eren Altıok, Gürsel Uzunca, Gökhan Topaloğlu, Necip Yıldırım, Onur Ballı, Turgay Akyüz, Volkan Çakırşen, Savaş Baş, İbrahim Dəmir, Yaşar Kale, Göksel Oral, Mertcan Seğat, Göksel Mehırk və İlhami Alparslan".

Klub prezidenti seçkidən sonra iddalı açıqlamalar verib. O, komandanı yenidən superliqaya daşımaq üçün bütün gücləri ilə çalışacaqlarını deyib.

Fərid ASLAN
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью