Ankaragücü məğlub olub heyətdən uzaqlaşdırılan Dadaşova Azərbaycandan təkliflər var

09.02.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Ankaragücü" Türkiyə 1-ci liqası çərçivəsində səfərdə "İstanbulspor"a 0:1 hesabı ilə məğlub olub.

İdman.biz xəbər verir ki, qonaqların və Azərbaycan U-19 millisinin yarımmüdafiəçisi Həsən Nəzərli ehtiyat oyunçular skamyasında qalıb.

"Ankaragücü"nün digər azərbaycanlı futbolçusu Renat Dadaşov isə bu oyun ərəfəsində heyətdən uzaqlaşdırılıb. Belə ki, onun bu mövsüm 17 oyunda 2 qol və 1 məhsuldar ötürməyə imza atması klub rəhbərliyini qane etmir.

Qeyd edək ki, Dadaşovun Azərbaycan klublarından təklif aldığı barədə məlumatlar var.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью