“Ankaragücü” Renat Dadaşovla yollarını ayırıb

20.02.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin “Ankaragücü” klubundan ayrılıb.

İdman.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi 25 yaşlı hücumçu ilə müqaviləni ləğv edib.

Klub rəhbərliyi bir müddət əvvəl əsas komandadan kənarlaşdırılıan forvardla yollarını ayırmağa qərar verib. Onun heyətdə saxlanılmasına ehtiyac duyulmayıb. Dadaşov azad agent statusu alıb.

Qeyd edək ki, Renat Ankara təmsilçisində 15 çempionat oyununda 2 qol və 1 assistə imza atıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью