Ankaranın adamına vəzifə verildi, ermənilər qəzəbləndi

03.01.2025

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Türkiyənin Suriyada iştirakı böyükdür, əsas vəzifələr Ankaranın adamları kimi tanınan şəxslərə verilir, tədris proqramlarında artıq dəyişikliklər olub. Məsələn, “Osmanlı işğalı dövrü” ifadəsi “Osmanlı hakimiyyəti dövrü” ifadəsi ilə əvəz edilib”.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu sözləri erməni türkoloq Ruben Safrastyan sosial şəbəkə hesabında yazıb.

O, bu halda ciddi narahat olduğunu bildirib və “Hər şey yeni başlayır” deyə qeyd edib.

Xatırladaq ki, Suriyada Müdafiə Nazirliyinin rəhbərliyində türk generalların təmsil olunması və Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə Enes Xəttabın təyin edilməsi antitürkləri çox narahat edib. Belə ki, Xəttab Türkiyədə təhsil alıb və MİT-lə geniş əlaqələrə malikdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью