Ankaranın Çankaya bələdiyyəsində axtarış aparılıb, bələdiyyə sədri saxlanılıb

11.07.2026

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ankaranın Çankaya bələdiyyəsinə qarşı rüşvət ittihamı ilə istintaq başlanıb.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğu tərəfindən aparılan korrupsiya istintaqının bir hissəsi olaraq, Çankaya bələdiyyəsində axtarış aparılıb, Çankaya bələdiyyəsinin rəhbəri Hüseyn Can Güner də daxil olmaqla, 36 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Məlumata görə, rüşvət, tender saxtakarlığı və cinayətkar təşkilat yaratmaq iddiaları ilə başladılan əməliyyatda indiyə qədər 27 nəfər barəsində həbs qərarı verilib.

Bildirilib ki, Ankara Polis İdarəsi prokurorluqla koordinasiyalı şəkildə "cinayətkar təşkilat yaratmaq", "cinayətkar təşkilata üzv olmaq", "rüşvət vermək və almaq" və "tenderləri saxtalaşdırmaq" kimi cinayətlərlə bağlı istintaqa başlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью