Ankaraya “Tayfun”larla birgə bu raketlər də göndərilir

07.02.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyəyə 40 ədəd dördüncü nəsil “Tayfun” qırıcısının tədarükü ilə birgə MBDA şirkətinə məxsus “Meteor” hava-hava tipli idarəolunan raketlər də göndəriləcək.

Axar.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

İddia olunub ki, Berlin hökuməti qırıcı təyyarələrə inteqrasiya olunmuş raketlərin Türkiyəyə satışını təsdiq edəcək:

“Bu təkmil silahların təsdiqi “Tayfun” qırıcılarının yaxın gələcəkdə Ankaraya satılacağını da göstərə bilər”.

Eyni zamanda vurğulanıb ki, bu proses Afinada narahatlıq yaradıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью