Anlamırsınız ki, bu, ağlasığmaz səslənir? Kurtua gileyləndi

02.01.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Real"ın futbolçusu Tibo Kurtua sıx oyun təqvimindən gileylənib. 

QOL.az xəbər verir ki, o, BBC-yə verdiyi açıqlamada deyib: 

"İnsanlar futbolçulara "siz çox qazanırsınız" deməli deyillər. Çox qazanıb, 10 matç daha az oynamaq olar. Məsələ onda deyil ki, oyunların sayı çoxdur. Düşünürəm ki, bizim istirahətə vaxtımız yoxdur. 

Mənə elə gəlir ki, futbolçular 9 ay fasiləsiz oynayıb, amma basketboldakı kimi daha düzgün hazırlıq və yük bölgüsü olsa heç kim narazı olmaz. Cud Bellingem və Dani Karvaxal iyulun 14-ə qədər oynayırdılar, avqustun 1-i Madriddə məşq edirdilər, avqustun 8-i isə UEFA Superkubokun matçına çıxmışdılar. Bunu Amerikada NBA və ya NFL oyunçularına desəniz, anlamayacaqlar. Yaxınlarda Federiko Valverde ilə danışanda ona dedim: "Sənin növbəti məzuniyyətin 2027-ci ildə olacaq". Anlamırsınız ki, bu, ağlasığmaz səslənir?" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью