Anlaşma imzaladı: İsrail 25 ədəd F15 təyyarəsi alacaq

07.11.2024

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail Müdafiə Nazirliyi ABŞ-dan 25 ədəd yeni nəsil F-15 döyüş təyyarəsi alacaq.

Bakupost.az xəbər verir ki, bununla bağlı artıq "Boeing" ilə müqavilə imzalanıb.

İsrail Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, 5,2 milyard dollarlıq bu müqavilə, bu ilin əvvəlində ABŞ hökuməti tərəfindən təsdiqlənmiş geniş yardım paketinin tərkib hissəsidir.

Açıqlamada qeyd edilib ki, bu təyyarələrin alınması İsrail Hava Qüvvələrinin Yaxın Şərqdəki mövcud və gələcək çətinliklərlə mübarizədə strateji üstünlüyünü qorumasına imkan verəcək.

Kübra, BakuPost

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью