Anna Akopyan Efiopiyaya ezam olunacaq

13.07.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Ezamiyyət xərclərinin Ermənistan hökuməti tərəfindən qarşılanacağı bildirilib

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Efiopiyaya ezam olunacaq.

Sherg.az xəbər verir ki, bununla bağlı qərarı Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan imzalayıb.

Məlumata görə, Anna Akopyan iyulun 19-21-də Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçiriləcək “Sülh və davamlı inkişaf: fəlsəfi araşdırma” adlı beynəlxalq konfransda iştirak edəcək.

Ezamiyyət xərclərinin Ermənistan hökuməti tərəfindən qarşılanacağı bildirilib.

Qeyd edək ki, Akopyan iyunun sonu - iyulun əvvəlində də ABŞ-də keçirilən Dünya Birinci Xanımlar Akademiyasının illik tədbirində iştirak etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью