Icma.az, Idman.biz saytına istinadən bildirir. “Tam altı ildir Azərbaycanı beynəlxalq arenada qürur və fəxrlə təmsil edirəm”.
İdman.biz xəbər verir ki, bunu qadınlardan ibarət Azərbaycan millisinin sablyaçısı Anna Başta deyib.
Avropa çempionu, dünya çempionatının finalçısı və Olimpiadanın ikiqat iştirakçısı sosial şəbəkə hesabında paylaşım edib: "Qılıncoynatma sadəcə idman deyil.
Bu, həyat məktəbidir: intizam, mübarizə, uğursuzluqlar və böyük qələbələr. Çətin oldumu? Əlbəttə!
Amma hər çətinlik məni daha güclü, hər mükafat isə daha minnətdar etdi. Mənim ən böyük qələbələrim – sizin qələbələrinizdir!
İki Olimpiada – Tokio 2020, Paris 2024. Dəfələrlə dünyanın ən nüfuzlu arenasına milyonlarla azərbaycanlının dəstəyini hiss edərək çıxdım.
Azərbaycanın ən yaxşı idmançısı – bu titulu böyük məsuliyyətlə daşıyıram. Dünya reytinqində birinci yer (2021/22).
Avropa çempionu – Azərbaycan bayrağının ən yüksəkdə dalğalandığı o an. Dünya çempionatı – qızıl dəyərində olan gümüş medal.