Anna öz ad günündə Paşinyanla birlikdə uçdu: “Biz geri qayıdana qədər…” VİDEO KONKRET

01.02.2025

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan öz ad günündə Nikol Paşinyanla birlikdə Vaşinqtona uçub.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

O, doğum gününü təbrik edənlərə təşəkkürünü bildirib.

“Təbrik və arzularına görə hər kəsə minnətdaram. Demək istəyirəm ki, hamınızı sevirəm. Biz geri qayıdana qədər özünüzə yaxşı baxın”, – Akopyan yazıb.

O, Paşinyanla təyyarədə çəkdirdiyi şəklini də yayımlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью