Anna Skidan dünya reytinqində 9 cudur İdman və Biz

16.01.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Anna Skidan çəkicatma üzrə dünya reytinqində 9-cu yerdədir.

İdman.biz xəbər verir ki, Paris Olimpiadasında 7-ci yeri tutan Azərbaycan idmançısının hesabında 1274 xal var.

Skidanın topladığı xallarda ötən ilin dörd nəticəsi əks olunub - bunlar Yay Olimpiya oyunlarının təsnifat və final yarışları, həmçinin mükafatçısı olduğu Polşa və Norveçdəki turnirlərdir.

Reytinqdə lider olimpiya çempionu Kamrin Rocersdir (Kanada), ikinci yerdə amerikalı Bruk Andersen qərarlaşıb, Annet-Nneka Eçikunvok isə üçüncüdür.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью