Anomal istilər dünyada şirin su ehtiyatlarını kəskin azaldıb

28.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

“Science” jurnalında dərc olunan yeni tədqiqata əsasən, son iki ildə müşahidə edilən kəskin istilər fonunda dünya üzrə çayların axını, göllərdəki və su anbarlarındakı su ehtiyatları görünməmiş səviyyədə azalıb.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki,  “Courthouse News Service” nəşrinə istinadla xəbər verir ki, 1991–2020-ci illərin orta göstəricisi ilə müqayisədə 2023–2024-cü illərdə qlobal çay axını 5,7 faiz, göl və su anbarlarında aktiv su ehtiyatı isə 9,5 faiz enib.
 

Çin Elmlər Akademiyasının Yonqsyan Çjanın rəhbərlik etdiyi tədqiqat qrupu 1991–2025-ci illər üzrə qlobal şirin su tendensiyalarını araşdırıb. Alimlər 150 iri çay hövzəsindən toplanan ölçmələri və 1,2 milyondan çox su hövzəsinin peyk müşahidələrini təhlil ediblər.


Araşdırma göstərib ki, 1991–2006-cı illər arasında ciddi dalğalanmalardan sonra 2022-ci ilədək nisbətən sabit qalan çay axını və səth suları ehtiyatları 2023-2024-cü illərdə kəskin şəkildə düşüb. 2025-ci ildə çay axınlarında qismən bərpa əlamətləri müşahidə olunsa da, tədqiqatçılar əvvəlki iki ildəki azalmanın öyrənilən tarixi dövrdə misli görünməmiş olduğunu qeyd edirlər.
Ən ağır vəziyyət Cənubi Amerikada qeydə alınıb - bəzi ərazilərdə güclü yağış və daşqınlara baxmayaraq, qitədə çayların axını 17,8 faiz, göl və su anbarlarındakı su həcmi isə 16,5 faiz azalıb. Tədqiqatçılar hesabatda vurğulayıblar: “Qlobal su dövranı artıq Antroposenin dərin pozulma dövrünə daxil olub”.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью