ANONS EDİLDİ: “Öncə Zəngəzur dəhlizi açılacaq, sonra isə…” MÜHÜM GƏLİŞMƏ KONKRET | Icma.az
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq. Ermənistan ordusu Azərbaycanla sərhədin Tavuş istiqamətindən geri çəkilir.
Siyasi ekspert Avetik Kerobyan orduya sərhəddən geri çəkilmək əmrinin verildiyini iddia edib.
o bildirib ki, Yaxın gələcəkdə Azərbaycan ordusu Tavuş istiqamətində irəliləyəcək.
Bəs görəsən, erməni siyasətçinin dedikləri nə dərəcədə realdır?
Mövzunu KONKRET.az-a politoloq Cavanşir Abbaslı şərh edib: “Nəinki Tavuş, Ermənistan tərəfində qalan Qazaxın 3 və Naxçıvanın Kərki kəndi də gec-tez Azərbaycana qaytarılacaq.
Bu, sadəcə zaman məsələsidir. Prezidenti İlham Əliyevin dediyi kimi, “Bir qarış Azərbaycan torpağı da Ermənistan tərəfində qalmayacaq”.
Zəngəzur dəhlizi açılacaq və digər tarixi Azərbaycan əraziləri nəzarətimizə keçəcək.
Erməni cəmiyyətində bunun necə qarşılanacağı isə bəllidir. Biz 2020-ci ildə bunun şahidi olmuşuq.
Tam oxu
Xəbəri oxu