Anons verildi: Tezliklə Trampla Putin arasında danışıq başlayacaq

20.11.2024

Icma.az, Publika.az saytına istinadən bildirir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yaxın vaxtlarda Rusiya dövlət başçısı Vladimir Putinlə Ukrayna ilə bağlı danışıqlar aparacaq.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl “The Washington Post” (WP) noyabrın 7-də Tramp və Putin arasında iddia edilən danışıqlar barədə məlumat vermişdi. Nəşrin məlumatına görə, respublikaçı “Ukraynadakı münaqişənin tezliklə həlli” üçün gələcək danışıqlarda maraqlı olduğunu bildirib.

Daha sonra Kreml bu məlumatı təkzib etdi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Bu, doğru deyil, uydurmadır və sadəcə olaraq yalan məlumatdır” demişdi.

Adəm Abbaslı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью