Anri Almaniya klubunun baş məşqçisi ola bilər

24.04.2025

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Red Bull" korporasiyasının nəzdində olan "Leypziq" klubu yeni mövsüm üçün baş məşqçi postuna axtarışları davam etdirir.

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi Marko Rozedən sonra bu posta Tyerri Anrini gətirmək istəyir. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

"Red Bull"un qlobal futbol rəhbəri Yurgen Klopp da məlumatı təsdiqləyib. "Leypziq" rəhbərliyi artıq fransalı mütəxəssislə danışıqlara başlayıb.

Qeyd edək ki, Tyerri Anri baş məşqçi kimi son olaraq ötən ilin iyul-avqust aylarında Paris Olimpiya Oyunları zamanı Fransa U-23 milli komandasına rəhbərlik edib.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью