Anri “Arsenal”ın baş məşqçisini tənqid etdi

29.05.2025

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Arsenal”ın sabiq futbolçusu Tyerri Anri komandanın baş məşqçisi Mikel Arteta haqda açıqlama verib.

Futbolpress.az xəbər verir ki, fransalı mütəxəssis ispan çalışdırıcını tənqid edib:

“Son üç ildə “Arsenal” adına azı bir final, titul görməli idik. “Mançester Yunayted” pis durumda olsa da, son beş ildə beş final görüb. Hamı onlara gülür, ancaq finallara çata bilirlər. “Arsenal” isə heç final görmür. Bu il “Liverpul”la bacarmadıq. İnsanlar nə düşünür, bilmirəm, amma onlarla yarışa bilmədik. Mövsümün xəyal qırıqlığı olduğunu demirəm, amma kimsə məsuliyyəti dərk etməlidir”.

“Arsenal” Premyer Liqanı ikinci sırada bitirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью