Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tyerri Anri 2007-ci ildə "Arsenal"dan İspaniyanın "Barselona" klubuna transfer olunarkən qarşılaşdığı çətinliklərdən danışıb.
“Yeni Sabah” xəbər verir ki, həmin dövrdə artıq formalaşmış oyunçu olmasına baxmayaraq, o, Kataloniya təmsilçisinin oyun üslubuna uyğunlaşmaq üçün hər şeyə sıfırdan başlamalı olduğunu etiraf edib:
"Bildiyim və öyrəşdiyim hər şeyi bir kənara qoymalı, yeni sistemdə cinahda oynamağı yenidən öyrənməli idim. Bu çətindir, heç də asan deyil. Üstəlik, futbolçuların özlərinə xas bir futbol düşüncəsi var. Bunu belə izah edim: yuxarı sinfə keçir, amma özünü ibtidai sinif səviyyəsində hiss edirsən. Onlar 6 yaşından bəri eyni şeyi edirlər. Yəni öyrəndikləri dərs 6 yaşlarından bəri dəyişməyib. Online alış-veriş
Sən isə düşünürsən: “Bir dəqiqə, bildiyimə görə, futbol matçlarında, adətən, belə oynamırlar. Topu bu cür geri ötürmürük, normalda irəli gedirik. Bəs niyə geri qayıdırıq?” Bütün bunlara uyğunlaşmalı, sistemi başa düşməli və hər şeyə yenidən başlamalı idim".