Anri: Gördüyüm ən mükəmməl hücumçudur

28.05.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransa millisinin sabiq futbolçusu Tyerri Anri "Atletiko"nun futbolçusu Xulian Alvares haqda danışıb. 

QOL.az xəbər verir ki, o, "Stick to Football" podkastında deyib: 

"Son zamanlar gördüyüm ən mükəmməl hücumçu Xulian Alvaresdir. Təzyiq göstərir, tək oynayır, nə istəsən edir. O biri gün vurduğu cərimə zərbəsini gördünüz? Topu təkbaşına saxlaya bilir. Olimpiya Oyunlarında oynadı, Amerika Kubokunda oynadı. Ondan “yorulmuşam” sözünü eşitmirəm, hər oyunda iştirak edib. Və oynamaq tərzi... sadəcə xoşuma gəlir".

Qeyd edək ki, Xulian Alvares bu mövsüm "Atletiko"nun heyətində 54 oyuna çıxaraq 29 qol vurub və 7 qolun ötürməsini edib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью