Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vaxtilə ANS TV-də çalışaraq tamaşaçıların rəğbətini qazanan aparıcı Gülnarə Məmmədova televiziya fəaliyyətini davam etdirməməsi ilə bağlı danışıb.
Milli.Az xəbər verir ki, o, efir karyerası ilə yanaşı, aparıcılıq etdiyi ilk layihələrdən biri olan "Kamerton" verilişinin hazırlıq prosesinə də toxunub. Gülnarə Məmmədova proqramın hər buraxılışına xüsusi diqqətlə hazırlaşdığını bildirib.
Qeyd edək ki, aparıcı müxtəlif illərdə "Kamerton"la yanaşı, "Xonça", "Qonaqlıq" və "Zərif çərşənbə" verilişlərini də tamaşaçılara təqdim edib.
Televiziya fəaliyyətindən uzaqlaşdıqdan sonra ailə həyatı quran Gülnarə Məmmədova uzun müddət İstanbulda yaşayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)