Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
20 yaşlı argentinalı müdafiəçi Aaron Anselmino Dortmund “Borussiya”sındakı komanda yoldaşları ilə vidalaşıb. Futbolçu “Çelsi”nin qərarı ilə icarədən vaxtından əvvəl geri çağırılıb.
İdman.Biz xəbər verir ki, London klubu heyəti gücləndirmək məqsədilə Anselminonu “Borussiya”dan geri qaytarıb. Lakin son anda qərar dəyişdirilib və müdafiəçinin dərhal “Çelsi”də qalması planından imtina olunub.
Məlumata görə, “Çelsi” 20 yaşlı futbolçunu Fransanın “Strasbur” klubuna göndərməyə qərar verib.
Anselminonun Dortmunddan ayrılığı emosional anlarla yadda qalıb. Argentinalı futbolçu “Borussiya”dakı komanda yoldaşları ilə vidalaşarkən göz yaşlarını saxlaya bilməyib.