Ansu Fati bu kluba keçir

23.06.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Barselona”nın futbolçu Ansu Fati karyerasını Fransada davam etdirəcək.

QOL.az insayder Fabritso Romanoya istinadən xəbər verir ki, “Monako” 22 yaşlı hücumçunun keçidi ilə bağlı Kataloniya klubu iə razılığa gəlib.

Bu həftənin sonunda futbolçu yeni klubunda tibbi müayinədən keçəcək. İspaniyalı hücumçu "Monako"da icarə əsasında çıxış edəcək. Fransa klubu onun maaşının bir hissəsini ödəyəcək.

Qeyd edək ki, Fati 2024/25 mövsümündə La Liqada cəmi 6 oyunda iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью