Ansu Fati İspaniyanı İtaliyaya dəyişir

30.12.2024

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

"Barselona"nın vingeri Ansu Fati karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, məlumatı "El Nacional" yayıb.

Mənbənin məlumatına görə, "Komo"nun baş məşqçisi Sesk Fabreqas vinger ilə müqavilə imzalamaq üçün "Barselona" ilə şəxsən danışıqlar aparır. Kataloniyalı məşqçi komandasını gücləndirmək üçün Fatini icarəyə götürmək istəyir. 

Xatırladaq ki, sözügedən futbolçunun "Barselona" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. Cari mövsüm Kataloniya təmsilçisinin forması ilə La Liqada cəmi 4 oyuna çıxan Fati məhsuldar göstəricilərlə yadda qalmayıb.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью