Ansu Fatinin “Monako”ya transferi başa çatdı

12.06.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

İspaniyanın “Barselona” futbol komandasının hücumçusu Ansu Fatinin Fransanın “Monako” klubuna transferi ilə bağlı razılıq əldə olunub.

İdman.Biz xəbər verir ki, tərəflər keçidin bütün detallarını razılaşdırıblar və transfer artıq tamamlanıb.

Ansu Fatinin “Monako”ya keçidinin gələn həftə rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, 23 yaşlı futbolçunun “Barselona” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью