Antaliya hava limanında Rusiya təyyarəsi yandı

25.11.2024

Icma.az, Modern.az saytına istinadən bildirir.

Rusiyanın “Azimut” şirkətinə məxsus “Sukhoi Superjet 100” təyyarəsi Türkiyənin Antalya hava limanına enərkən yanğın baş verib.

Modern.az xəbər verir ki, Soçidən Antalyaya uçan təyyarənin göyərtəsində 80 sərnişin və 6 heyət üzvü olub, onların hamısı təxliyə edilib.

İlkin məlumata görə, təyyarə havada olarkən mühərrikində yanğın başlayıb, sonradan alov genişlənib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Qəza nəticəsində xəsarət alan yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью