Antalya sahilində DƏHŞƏT: Meyit tapıldı

03.06.2025

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Antalyanın Konyaaltı sahilində kəskin pis qoxu ilə bağlı edilən müraciət nəticəsində belediyə əməkdaşları və vətəndaşlar dəhşətli mənzərə ilə qarşılaşıblar. 

News24.az xəbər verir ki, sahildəki bir divarın dibində hərəkətsiz vəziyyətdə yatan bir kişi meyiti aşkar edilib.

Hadisə bu gün saat 12:00 radələrində baş verib. Əraziyə çağırılan təcili tibbi yardım əməkdaşları həmin şəxsin artıq həyatını itirdiyini müəyyənləşdiriblər. Üzərində şəxsiyyətini təsdiq edən sənəd olmayan şəxsin kimliyi barmaq izi araşdırması nəticəsində müəyyən edilib. Onun 45 yaşlı İsa Lafcı olduğu bildirilib. Mərhumun son bir ildə sahildə yaşadığı qeyd olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Aqil

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью