Antalya turist sayına görə daha bir rekorda imza atıb

13.07.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

İstanbul, 13 iyul, Günel Karatepe, AZƏRTAC

İyulun 12-də Türkiyənin Antalya vilayətinə 100 min 646 xarici turist səfər edib. Antalya və Alanya rayonunda yerləşən Qazipaşa hava limanlarının statistik göstəricilərinə əsasən hesablanan bu rəqəm son beş ilin iyul ayı üzrə ən yüksək göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlama verib.

Nazir bildirib ki, güclü turizm infrastrukturu və sektorun qətiyyətli əməkdaşlığı sayəsində Antalyanın beynəlxalq aləmdə artan cazibəsi hər gün daha da artır. O, “Türkiyə əsri” baxışı çərçivəsində görülən işlərin ölkənin turizmdə əldə etdiyi nailiyyətləri daha da irəli apardığını vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью