Antalya vilayətində güclü yanğın Sakinlər təxliyə olunur VİDEO

08.09.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Antalya vilayətində güclü meşə yanğını baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, yanğın ötən axşam Aksu rayonunun meşə massivində başlayıb.
Bizim.Media xəbər verir ki, güclü külək səbəbindən alov qısa müddətdə Kepez, Döşemealtı və Serik rayonlarına da yayılıb.
Alov yaşayış binalarına yaxınlaşdığı üçün xilasedicilər sakinlərin təcili təxliyəsinə başlayıblar.
Yanğının miqyasının böyüməsi fonunda hakimiyyət Şimal dairəvi yolunu və Antalya-İsparta şosesinin bir hissəsini bağlayıb.
Yanğınla mübarizəyə 800-dən çox mütəxəssis cəlb olunub. Hadisə nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью