Antalyada atışmada: 1 ölü, 2 yaralı

11.10.2026

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Türkiyənin Antalya vilayətinin Alanya rayonunda atışma baş verib.

"Bakupost" "Haber Global"a istinadən xəbər verir ki, rayonda yerləşən avtoyuma məntəqəsində üç nəfər arasında baş verən mübahisə silahlı qarşıdurmaya çevrilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Məlumata görə, hadisə nəticəsində müxtəlif xəsarətlər alan üç nəfər xəstəxanaya aparılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью