Antalyada “Azərbaycan: Bənzərsiz musiqi, heyranedici rəqs” adlı konsert proqramı keçirilib

04.11.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Antalya, 4 noyabr, Gülay Nəzərova, AZƏRTAC

Türkiyənin Antalya şəhərində “Azərbaycan: Bənzərsiz musiqi, heyranedici rəqs” adlı möhtəşəm konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində baş tutub.

Konsertdə Azərbaycan incəsənət ustadları və Dövlət Rəqs Ansamblı iştirak edib.

Proqramda Azərbaycan musiqisinin zəngin irsini və milli rəqs ənənələrini əks etdirən çıxışlar nümayiş olunub. Səhnədə xalq və klassik musiqi nümunələri, muğam, instrumental ifalar səsləndirilib.

Konsert proqramı Xalq artisti Polad Bülbüloğlunun "Şən Azərbaycan" ifası ilə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью