Antalyada COP 31 in açılış mərasimi olub

09.11.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı – COP31 bu gün öz işinə başlayıb.

APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, konfransın rəsmi açılış mərasimi keçirililib.

Gün ərzində iqlim maliyyələşdirilməsi, texniki dəstək, iqlim dəyişikliyinin kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə təsiri, eləcə də sağlamlıq məsələləri müzakirə olunacaq.

COP31 çərçivəsində müxtəlif ölkələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələcək.

Noyabrın 11-12-də isə Antalya şəhərində Dünya Liderlərinin İqlim Fəaliyyəti Zirvəsinin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, COP31 noyabrın 20-dək davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью