Antalyada dəhşətli qəza Sərnişin avtobusu uçuruma yuvarlandı: Yaralılar var

05.02.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Antalyanın Qazipaşa rayonunda gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın DHA agentliyinə istinadən verdiyi məlumata görə, qəza zamanı sərnişin avtobusu yol kənarındakı uçuruma yuvarlanıb.

Hadisə nəticəsində 10-u ağır olmaqla, 28 nəfər yaralanıb.

Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir. 25 metrdən yuvarlanan sərnişin avtobusu ağaca çırpılaraq dayanıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью