Antalyada hoteldən 400 nəfər təxliyə edilib FOTOLAR

23.11.2024

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Manavqat şəhərində (Antalya vilayəti) güclü yağış nəticəsində beşulduzlu hotelin birinci mərtəbəsini su basması səbəbindən 400-ə yaxın qonaq təxliyə edilib.

"TRT Haber" telekanalı xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, şənbə günündən etibarən Türkiyənin 81 vilayətinin 44-də sarı və narıncı hava xəbərdarlığı elan edilib. Mərmərə, Egey və Aralıq dənizləri ərazilərində, Qara dəniz vilayətlərində və Türkiyənin mərkəzi bölgələrində tufan, güclü külək olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Pis hava şəraiti bəzi rayonlarda temperaturun 10 dərəcə aşağı düşməsi ilə müşayiət olunacaq.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью