Antalyada meşə yanğını: Havadan və qurudan müdaxilə edilir KONKRET

29.08.2026

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin Antalya vilayətinin Kaş rayonunda meşəlik ərazidə yanğın başlayıb.

KONKRET.az xəbər verir ki, yanğın Kaşın Gelemiş (Patara) məhəlləsində hələlik müəyyən edilməyən səbəbdən baş verib. Hadisə ilə bağlı əraziyə çoxsaylı yanğınsöndürmə qüvvələri cəlb olunub.

Yanğının söndürülməsinə 6 helikopter, 4 təyyarə, 10 su çiləyən yanğınsöndürmə maşını, 4 su tankeri və 3 ilkin müdaxilə maşını, ümumilikdə 80 texniki əməkdaş və yanğınsöndürən cəlb edilib.

Hazırda alovun nəzarətə alınması üçün havadan və qurudan müdaxilə davam etdirilir.

Günay Əli 

KONKRET.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью