Antalyada meşə yanğınları: Üç rayonda təxliyə və müdaxilə işləri

25.07.2025

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Antalyanın Aksu, Muratpaşa və Manavqat rayonlarında meşə yanğınları baş verib.

Bakıvaxtı.az xəbər verir ki, yanğınların səbəbi hələlik məlum deyil.

Söndürmə işlərinə 8 helikopter, 32 su maşını, 186 meşə işçisi və digər texnikalar cəlb olunub.

Qeyd olunub ki, Aksu və Muratpaşada alovların evlərə yaxınlaşması səbəbilə əhali təxliyə edilib.

Hazırda yanğınların söndürülməsi üçün havadan və qurudan intensiv mübarizə davam etdirilir.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью