Antalyada meşəlik ərazidə güclü yanğın baş verdi

30.08.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin Antalya vilayətinin Manavqat ilçəsində yaylaq ərazidə güclü yanğın baş verib.

Axar.az yerli mediaya istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə 3 təyyarə, 15 helikopter, 54 yanğınsöndürən maşın və 350 nəfər cəlb edilib.

Yanğının hələ ki, nəzarət altına alınmadığı bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью