Antalyada polis əməliyyatı “Bayğaralar” adlı cinayətkar dəstə ələ keçdi VİDEO

24.01.2026

Icma.az, Bakupost saytına istinadən bildirir.


Bu gün səhər saatlarında Antalya şəhərində Türkiyə polisi əməliyyat həyata keçirib.
Bakupost.az xəbər verir ki, Türkiyə Daxili İşlər Naziri Ali Yerlikayanın sosial şəbəkə hesabından yaydığı açıqmaya görə, genişmiqyaslı əməliyyat nəticəsində “Bayğaralar” adlı təşkilatlı cinayət dəstəsi ələ keçib.
Nazirin paylaşdığı video açıqlamada bildirilir ki, əməliyyat Antalya Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə (KOM) Şöbəsi tərəfindən həyata keçirilib. Polisin əsas hədəfi cinayət qrupunun Antalya filialı olub. Əməliyyat nəticəsində 15 şübhəli saxlanılıb, onlardan 12 nəfər həbs olunub, 3 nəfərə isə şəhəri tərk etməmək şərti ilə azad olunub. Əməliyyat zamanı silah və digər cinayətə dair sübutlar da ələ keçirilib.
Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri adam öldürmə, yaralama, quldurluq, basqın kimi ciddi cinayətlərdə iştirak edib.
“Bayğaralar” kimi qruplara daha əvvəl də Türkiyənin müxtəlif vilayətlərində əməliyyatlar keçirilib və yüzlərlə şübhəli saxlanılıb.

Cavid, BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью