Antalyada Rusiyanın təyyarəsində yanğın olub

25.11.2024

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Antalya şəhərinin hava limanında Rusiyanın “Azimut” şirkətinə məxsus “Sukhoi Superjet 100” təyyarəsində yanğın olub.

“Report” xəbər verir ki, bu barədə “Airport Haber” portalı məlumat yayıb.

“Haber Global” telekanalı qeyd edib ki, təyyarənin göyərtəsindəki 79 sərnişin təxliyə edilib. Məlumata görə, təyyarə Soçi – Antalya reysini həyata keçirirdi.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Ölən və yaralananların olmadığı bildirilir.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью