Antalyada zəlzələ olub AZƏRTAC

30.11.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İstanbul, 30 noyabr, Günel Karatepe, AZƏRTAC

Aralıq dənizinin Türkiyənin Antalya vilayəti sahillərinə yaxın bölgəsində 4,8 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına əsasən, təkanlar yerli vaxtla saat 22:13-də Antalyanın Qazipaşa rayonundan 73,72 kilometr məsafədə qeydə alınıb. Zəlzələnin episentrinin 34,79 kilometr dərinlikdə olub.

Təkanlar ətraf bölgələrdə də hiss edilib və əhali arasında təşvişə səbəb olub.

AFAD-dan verilən açıqlamada bildirilib ki, dağıntı qeydə alınmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью