Antalyada zəlzələ olub AZƏRTAC

03.01.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

İstanbul, 3 yanvar, Günel Karatepe, AZƏRTAC

Aralıq dənizinin Türkiyənin Antalya şəhəri ərazisində düşən hissəsində 4,5 bal gücündə zəlzələ olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təkanlar Antalyanın müxtəlif bölgələrində hiss edilib.

AFAD-dan verilən açıqlamada yeraltı təkanların yerli vaxtla saat 16:51-də meydana gəldiyi, hazırda hansısa dağıntının qeydə alınmadığı bildirilir.

Zəlzələdən təsirlənən bölgələrdə araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью