525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin Antalya şəhərində zəncirvari qəza baş verib.
525.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Antalyanın Serik bölgəsində miniavtobus, avtomobil və iki yük maşını toqquşub. Qəza nəticəsində miniavtobusda olan 2 alman turist yaralanıb.
Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım gəlib.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya çatdırılıblar.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
İbrahim Cəfərov