Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Antalya, 11 noyabr, AZƏRTAC
Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) beynəlxalq iştirakçıları bir araya gətirib. Konfransın keçirildiyi ərazidə müxtəlif ölkələrin milli stendləri, təqdimat məkanları, görüş və müzakirə zonaları fəaliyyət göstərir.
COP31 çərçivəsində Azərbaycanın milli stendi də tədbir məkanının diqqətçəkən guşələrindən biridir. Burada ölkəmiz, onun iqlim gündəliyi, ətraf mühitin mühafizəsi və yaşıl enerji istiqamətində təşəbbüsləri nümayiş olunur.
Azərbaycanlı gənclər də COP31 başa çatanadək konfransın müxtəlif əməliyyat zonalarında xidmətlərini davam etdirəcək.
AZƏRTAC-ın əməkdaşının COP31-in keçirildiyi məkandan, konfransın ümumi mənzərəsindən və Azərbaycan stendindən hazırladığı fotoreportajı təqdim edirik.
Fotoqraf – Tofiq Babayev