Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2026-cı ilə qədəm qoyduğumuz bu günlərdə, Türkiyənin turizm paytaxtı olan Antalya ailələr üçün ideal istirahət mərkəzinə çevrilib.
“Euromonitor”un 2025-ci il reytinqinə görə dünyanın ən çox turist qəbul edən ilk 10 şəhərindən biri olan Antalya, qış və bahar tətili üçün əla fürsətlər təqdim edir.Bakıvaxtı.az xəbər verir ki,şəhər təkcə dənizi və sahilləri ilə deyil, həm də dünya səviyyəli əyləncə parkları və maraqlı attraksionları ilə diqqət çəkir.
Burada hər yaşa uyğun əyləncə, yaradıcılıq və macəra bir araya gəlir.
Həyəcan dolu karusellərdən tutmuş müxtəlif interaktiv oyunlara qədər geniş imkanlar təklif edən Antalya, ailələr və macəra sevərlər üçün hətta yay mövsümündən kənarda da tətili unudulmaz edir.Əfsanələrin canlandığı məkan: “The Land of Legends”Belek bölgəsində yerləşən “The Land of Legends” Türkiyənin ən böyük əyləncə mərkəzidir.
Bura həm ailələr, həm də adrenalin həvəskarları üçün il boyu bitməyən bir həyəcan vəd edir.Mərkəz öz qonaqlarına 62 metrlik məşhur “Hyper Coaster”dən tutmuş “Aqua Land”in su attraksionlarına, həmçinin “Nickelodeon Land” və “Maşa və Ayı”nın xəyali dünyalarına qədər hər yaşa uyğun unudulmaz əyləncələr təklif edir.
Burada əyləncə həm gündüz, həm də gecə davam edir.Bundan əlavə, “Kingdom Hotel”in xüsusi dizaynlı otaqları və “Nickelodeon Hotels & Resorts Antalya”nın əyləncəli lüks konsepti ilə “The Land of Legends” həm istirahəti, həm də əyləncəni mükəmməl şəkildə bir araya gətirir.DokumaparkAntalyanın Kepez rayonunda yerləşən Dokumapark, keçmiş tekstil fabrikinin ərazisində qurulub.
Bura klassik karusellərdən fərqli olaraq, ziyarətçilərə daha çox yaddaşlara həkk olunacaq mədəni bir park təcrübəsi təqdim edir.